İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyin pedaqoqu Nəsibə Quliyeva dünyasını dəyişib.
O, uzun sürən xəstəlikdən sonra vəfat edib.
N.Quliyeva şəhid Rəşad Quliyevin anasıdır.
Şəhid Quliyev Rəşad Əli oğlu 2004-2007-ci illərdə Murovdağda 2008-2010-cu illərdə Şəmkirdə, 2011-ci ildən 2014-cü il avqustun 20-dək Daşkəsən rayonunun Xoşbulaqda yerləşən "N" saylı hərbi hissədə müxtəlif məsul vəzifələrdə beləki, qərargah rəisi, tabor komandirinin müavini kimi fəaliyyət göstərib.
Hərbi xidməti dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 və 95 illik yubileyi medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Məharət" 2-ci dərəcəli medalları ilə təltif edilmişdir.
20 avqust 2014-cü il tarixində hərbi vəzifəsinin icrası zamanı "Maz" markalı maşında qəza nəticəsində həlak olub. İmişli şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 15 yanvar 2015-ci ildə mayor Rəşad Quliyevə şəhidlik statusu verilib.


Mənbə: unikal.az