Yunanıstanda Qırıcı təyyarə nümayiş zamanı yerə çırpıldı

Yunanıstanda Qırıcı təyyarə nümayiş zamanı yerə çırpıldı
Yunanıstanın Tanaqra aviabazasında keçirilən "Afina Uçuş Həftəsi" (Athens Flying Week) aviadaşı şousu zamanı faciəvi qəza baş verib.
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus "F-4 Phantom" tipli qırıcı təyyarə nümayiş uçuşu əsnasında qəfil hündürlük itirərək yerə düşüb. Hadisə şounun başlamasından cəmi bir neçə dəqiqə sonra qeydə alınıb. Şahidlərin sözlərinə görə, ikiyerlik qırıcı təyyarə qəzadan öncə tüstüləməyə başlayıb, daha sonra kəskin şəkildə hündürlük itirərək yerə çırpılıb. Zərbənin gücündən iki hissəyə bölünən təyyarənin düşdüyü ərazidə güclü yanğın baş qaldırıb. Yüzlərlə tamaşaçının izlədiyi zonadan cəmi bir neçə yüz metr aralıda qatı qara tüstü dumanı yüksəlib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin helikopterləri cəlb olunub.
Təyyarədə olan 2 nəfərlik ekipajın taleyi barədə hələlik rəsmi məlumat verilməyib. Məlumata görə, sözügedən təyyarədə ekipajın istifadə edə biləcəyi katapult (fırlatma) sisteminin olmadığı bildirilir. Zərərçəkənlər və ya yaralananlar barədə də dəqiq faktlar açıqlanmayıb. Baş verən dəhşətli qəzadan sonra ərazidə böyük təşviş yaşanıb, təşkilatçılar tamaşaçıların təxliyəsinə başlayıblar. Sentyabrın 5-i və 6-sı tarixlərində keçirilməsi planlaşdırılan tədbir müvəqqəti olaraq təxirə salınıb. Hazırda aviabazada fövqəladə vəziyyət elan olunub, qəzanın başvermə səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Mənbə: azxeber.com