Solomon adaları sahillərində 6 magnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 26 min nəfər əhalisi olan Kokopo şəhərindən 148 km şərqdə, zəlzələnin ocağı isə 105 km dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, fəlakət nəticəsində dağıntı və zərərçəkənlər qeydə alınmayıb.
Mənbə: bizim.media