Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində palçıq və qaya axını nəticəsində azı iki nəfər həlak olub.
Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Təbii fəlakət sentyabrın 5-də səhər saatlarında Tszyan şəhər dairəsində baş verib. Daha əvvəl bir nəfərin həlak olduğu bildirilirdi. Hazırda 10 nəfər itkin düşmüş hesab olunur.
Palçıq və qaya axını nəticəsində səkkiz ev tamamilə dağılıb, daha dörd evə isə cüzi ziyan dəyib. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, daha əvvəl region "Saudel" tayfununun təsirinə məruz qalıb və nəticədə ərazidə uzunmüddətli leysan olub.
Mənbə: oxu.az