"Əl-Cəzirə" telekanalının məlumatına görə, İsrail aviasiyasının Livanın cənubuna endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub.
İsrailə məxsus hərbi təyyarə Nəbatiyə rayonunun Ərəbsəlim yaşayış məntəqəsindəki üçmərtəbəli binaya iki raket buraxaraq tikilini tamamilə dağıdıb.
Həmçinin Nəbatiyə-əl-Fauka yaşayış məntəqəsində yerləşən "Qandur" xəstəxanası da dağıntılara məruz qalıb.
Bizim.Media
Mənbə: bizim.media