Xaçmaz rayonunda güclü küləyin əsməsi nəticəsində rayonun 10 icra nümayəndəliyinin əhatə etdiyi 45-dən çox kənddə işıq sönüb. Əksər kəndlərdə enerji sistemində qəzalar qeydə alınıb, bəzi kəndlərdə isə təhlükəsizlik məqsədilə işıqlar söndürülüb.
Məlumatı Xaçmaz icra hakimiyyəti başçısının 1-ci müavini Anar Oruclu bildirib ki, bəzi ərazilərdə külək ağacları aşırıb.
Saat 14-dən 16-dək güclü leysan yağacağı barədə rəsmi telefonoqramma gəlib. Rayonda vəziyyətə ciddi nəzarət olunur.
Mənbə: bizim.media