Marsın peyki Fobosdan ilk dəfə nümunə götürülməsi planlaşdırılır.
Yaponiya Aerokosmik Tədqiqat Agentliyi bunun üçün hazırladığı “MMX” kosmik aparatını 20 oktyabr 2026-cı ildə kosmosa göndərəcək.
Missiya uğurlu olarsa, tarixdə ilk dəfə Marsın peykindən götürülən qaya və toz nümunələri Yerə gətiriləcək. Aparatın Fobosdan ən azı 10 qram nümunə toplaması planlaşdırılır.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az