“Gənclik Mall”da həyəcan siqnalı - Foto-Yenilənib

“Gənclik Mall”da həyəcan siqnalı -

Bakıda yerləşən “Gənclik Mall”da həyəcan siqnalı verilib.

Bakues.az-a istinadən xəbər verilir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir.

Siqnalın verilmə səbəbi hələlik məlum deyil.

***

“Gənclik Mall”un məlumat mərkəzindən “Qafqazinfo”ya problem yarandığını təsdiqləyiblər.

“Problem yaranmışdı, o səbəbdən vətəndaşlar təxliyə olunurdu. Artıq problem aradan qaldırılıb və qonaqlar gəlməkdə davam edir”, - məlumatda vurğulanıb.

Mənbə: qafqazinfo.az