İsmayıllı hadisələrində tanınan məmurun qardaşı oğlu ürəktutmadan öldü

İsmayıllı hadisələrində tanınan məmurun qardaşı oğlu ürəktutmadan öldü

İsmayıllı rayonunda 30 yaşlı şəxs qəfil vəfat edib.

Rayon sakini Vüsal Əhmədov ötən gün ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, o, İsmayıllı rayonunun keçmiş icra başçısı Nizami Ələkbərovun birinci müavini olan Rəfael Əhmədovun qardaşı oğludur.

İcra başçısının evi 2013-cü ildə etirazlar zamanı yandırılmışdı. Bu zaman R.Əhmədov mediaya açıqlamaları ilə gündəmə gəlmişdi.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az