Sabunçuda avtomobil piyadanı vurub öldürdü

Sabunçuda avtomobil piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, A.Cəlilov idarə etdiyi “Hyundai Santafe” markalı avtomobillə Sabunçu rayonunda yolu keçmək istəyən piyada Sadıqov Miryaqub İspəndiyar oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb.

Mənbə: qafqazinfo.az