“Onu dəhşətli dərəcədə özləyəcəyik” - İtinin öldüyünü açıqladı

“Onu dəhşətli dərəcədə özləyəcəyik” -

ABŞ-nin keçmiş prezidenti Barak Obama ailəsinin sevimli iti, 13 yaşlı portuqal su iti Sanninin öldüyünü açıqlayıb.

“Independent” nəşrinə istinadla xəbər verilir ki, Sanni Obama ailəsinə 2013-cü ildə, Barak Obamanın ikinci prezidentlik müddətində qoşulmuşdu.

Sabiq dövlət başçısı Sannini enerjili və idmançı bir it kimi xarakterizə edib, onun 2021-ci ildə tələf olan böyük qardaşı Boya qarşı qayğıkeşliyini vurğulayıb:

“Qızlar yatdığı yerdə onu narahat edəndə belə, onları çox sevirdi. Onu dəhşətli dərəcədə özləyəcəyik və inanırıq ki, indi böyük qardaşının yanındadır və onun yaxşı olmasına nəzarət edir”.

Mənbə: qafqazinfo.az