Şəhid atası vəfat etdi - Foto

Şəhid atası vəfat etdi -

Vətən müharibəsi şəhidi MAXE Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib.

Bir müddət əvvəl onun səhhətində ciddi problem ortaya çıxıb. Şəhid atası Gəncədə həyatını itirib.

Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında torpağa tapşırılıb.

Məlumat üçün bildirək ki, E. Məmmədov Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O, 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin sərəncamına əsasən “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az