Naftalana istirahətə gələn kişi ölüb.
Hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində qeydə alınıb.
Belə ki, Özbəkistan vətəndaşı 1987-ci il təvəllüdlü Makhmudov Jafar Makhmudovıç oğlunun istirahət etdiyi sanatoriyada qəfil halı pisləşib və ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az