Təhlükəsizliklə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən Moskva hava limanlarında 30-dan çox reys eniş edə bilməyib.
Bu barədə TASS paytaxt hava limanlarının nümayəndələrinə istinadən məlumat yayıb.
Şeremetyevo hava limanına uçan təxminən 25 təyyarə ehtiyat aerodromlara yönləndirilib. Hava limanının məlumat xidmətinin məlumatına görə, reyslər Nijni Novqorod, Kazan, Çeboksarı, Sankt-Peterburq, Samara və Nijnekamska istiqamətləndirilib.
Daha 10-a yaxın reys Vnukovo hava limanına eniş edə bilməyib.
Onların arasında Hurqadadan, Novosibirskdən, Fərqanədən, Çelyabinskdən, İstanbuldan, Dalamandan, Dubaydan, Daşkənddən və Yekaterinburqdan uçan təyyarələr olub. Bu hava gəmiləri də ehtiyat aerodromlara yönləndirilib.
Mənbə: bizim.media