Məşhur erməni yepiskop kazinoda belə qumar oynadı - FOTO

Məşhur erməni yepiskop kazinoda belə qumar oynadı - FOTO

Bu ilin yanvar ayında bütün ermənilərin katolikosu II Qareginin əmri ilə dini vəzifəsindən qalmaqallı şəkildə azad edilmiş yepiskop Qusan Alçanyan növbəti dəfə medianın gündəminə gəlib.

İsveçrə Erməni Yeparxiyasının dini rəhbəri işləmiş Qusanın ifşa videosu yayılıb. Belə ki, yepiskop bütün dinlərdə haram bilinən qumar oyunları ilə pul qazanırmış. Yayılan görüntülərdə erməni din xadiminin kazinoda oturaraq pullarını qumar oyunlarına xərcləməsi əks olunub.

"Bu gün bizə Qusan atanın İsveçrə kazinosunda həvəslə qumar oynamasını əks etdirən video təqdim edildi. Günah hesab edilən və hətta dünyəvi insanlar tərəfindən də rədd edilən qumar, əslində kilsə "islahatçıları" tərəfindən rədd edilmirmiş...", - "Mamul" nəşri yazıb.

Mənbə: publika.az