Bərdə rayon sakini Hacıyev Müşfiq Aqil oğlunun meyiti Ağdam rayonunun işğaldan azad edilmiş Şelli kəndi ərazisində yerləşən kəhriz quyusundan tapılıb.
Müşfiq Hacıyev bir neçə gün əvvəl evə qayıtmayıb.
Bundan sonra ailə üzvləri onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Məlumata görə, M.Hacıyev Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyib.
Onun meyiti Şelli kəndi ərazisindəki kəhriz quyusunda aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Mənbə: qafqazinfo.az