Rusiyada polislərin gözü qarşısında saxtakarlıq- seçki bülletenləri dəyişdirildi - VİDEO

Rusiyada polislərin gözü qarşısında saxtakarlıq- seçki bülletenləri dəyişdirildi -

Rusiyanın Krasnodar şəhərində seçki məntəqəsində bülletenlərin dəyişdirilməsi ilə bağlı görüntülər yayılıb.

Hadisə Krasnodarın Yubileynı mikrorayonunda yerləşən 2059 saylı məntəqə seçki komissiyasında baş verib.

Məlumata görə, sentyabrın 20-nə keçən gecə iki komissiya üzvü polis əməkdaşlarının iştirakı ilə seyf-paketləri açıb və onların içərisində olan seçki bülletenlərini dəyişdirib.

Baş verənlər videomüşahidə kamerasının görüntülərində əks olunub.

Mənbə: www.musavat.com