Sürücülər maşınlarını tərk etdi – Bakı-Sumqayıt yolunda güclü tıxac - VİDEO

Sürücülər maşınlarını tərk etdi – Bakı-Sumqayıt yolunda güclü tıxac  - VİDEO

Bu gün səhər saatlarında Bakı–Sumqayıt şossesində güclü tıxac yaranıb.

Daxil olan görüntülərdə yolda nəqliyyatın hərəkətinin demək olar ki, iflic olduğu görünür.

Kadrları redaksiyaya göndərən sərnişinin sözlərinə görə, sıxlıq səbəbindən bir neçə sürücü avtomobilini tərk edərək yolun açılmasını gözləyib.
Onun sözlərinə görə, sözügedən yolda hər gün oxşar vəziyyət yaşanır. Xüsusilə dərslər başladıqdan sonra isə tıxacların daha da artdığı bildirilir.

Mənbə: www.bakupost.az