Türkiyədə məktəbə silahlı hücum - Yaralılar var

Türkiyədə məktəbə silahlı hücum - Yaralılar var

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda məktəbdə silahlı hücum olub.

Bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, bir şagird digər şagirdlərə tüfənglə atəş açıb. Hadisə nəticəsində 4 şagird yaralanıb.

Məktəbə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Yaralanan şagirdlərin səhhəti ilə bağlı ətraflı məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: publika.az