Bakı-Sumqayıt yolunda qəza baş verib.
Avtosfer.az-a istinadən xəbər verilir ki, hadisə “VAZ dairəsi” yaxınlığında qeydə alınıb.
Belə ki, ərazidə 77-DC-515 dövlət qeydiyyat nişanlı betonqarışdıran yük maşını aşıb.
Hadisə nəticəsində yaranan vəziyyət və qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.
Sözügedən qəzanın görüntülərini təqdim edirik:
Mənbə: qafqazinfo.az