Dronlar Samara şəhərinə hücum etdi: Neft emalı zavodunda yanğın - VİDEO

Dronlar Samara şəhərinə hücum etdi: Neft emalı zavodunda yanğın -

Çərşənbə axşamına keçən gecə, sentyabrın 22-də Ukrayna Rusiyanın Samara şəhərində yerləşən Kuybışev neft emalı zavoduna PUA-larla hücum edib. Müəssisənin ərazisində yanğın baş verib.

Bu barədə “Astra” özünün OSINT təhlilinə istinadən məlumat yayıb.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışev bölgəyə hücumu təsdiqləyib. Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri “onlarla pilotsuz uçuş aparatını” məhv edib.

Rusiyalı məmur bildirib ki, PUA-ların hədəfi sənaye müəssisəsi olub. O, Kuybışev neft emalı zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat verməyib.

Nəşr xatırladıb ki, bu zavod daha əvvəl də dəfələrlə hücuma məruz qalıb. Belə ki, 2024-cü ilin martında PUA-lar neft zavodundakı qurğulardan birinə zərər vurub və istehsal prosesi dayandırılıb. 2025-ci ilin avqustunda da Ukraynanın hücumundan sonra müəssisənin fəaliyyəti dayandırılmışdı. Analoji hücum 2026-cı il iyunun 10-da da baş verib.


Mənbə: bizim.media