Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"21.09.2026-cı il tarixində saat 18:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Qamış sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında 21.09.2026-cı il tarixində saat 21:30-da özəl tibb müəssisəsinə təxliyə olunub".
Qeyd edək ki, zərərçəkən ötən gün Bakının Nərimanov rayonunda, Ə.Əliyev küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğını izləyərkən avtomobillə vurulub.
Mənbə: oxu.az