Ukraynada 4,2 bal gücündə zəlzələ oldu

Ukraynada 4,2 bal gücündə zəlzələ oldu

Ukraynanın Poltava vilayətində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Baş Xüsusi Nəzarət Mərkəzinin məlumatına görə, zəlzələ sentyabrın 22-də Poltava rayonunun Maçuxi icmasında baş verib.

Zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib.

Mərkəz zəlzələnin Rixter şkalası üzrə 4,2 bal gücündə olduğunu və təsnifata əsasən “güclü mülayim” kateqoriyasına aid edildiyini bildirib.

Mənbə: bizim.media