Ekzoplanetdən ilk dəfə radio siqnalı qeydə alındı

Ekzoplanetdən ilk dəfə radio siqnalı qeydə alındı

Astronomlar Günəş sistemindən kənarda yerləşən ekzoplanetdən ilk dəfə radio siqnalı qeydə alıblar. Siqnalın planetin güclü maqnit sahəsi ilə əlaqəli qütb parıltılarından qaynaqlandığı bildirilir.

Bu barədə "Phys.org" məlumat yayıb.

Qeyd olunur ki, radio dalğaları "β Pictoris b" planetinin qütb parıltılarından yaranır və mümkün yadplanetli həyatla əlaqəsi yoxdur.

Radio siqnalı Cənubi Afrikadakı "MeerKAT" radioteleskopu vasitəsilə aşkar edilib. "β Pictoris b"-nin yerləşdiyi "β Pictoris" sistemi Yerdən 64 işıq ili uzaqlıqda yerləşir.

Məlumata görə, "β Pictoris b" Yupiterdən 10 dəfə daha ağırdır.

Müəllif: Adəm

Mənbə: publika.az