"Vaxtı keçmiş uşaq qidası vitrində nə gəzir?" - "Bazar store"dan şikayət

"Vaxtı keçmiş uşaq qidası vitrində nə gəzir?" -   "Bazar store"dan şikayət

Binəqədi şossesində yerləşən “Bazar Store” mağazasında son istifadə tarixi keçmiş uşaq qidasının satışda olduğu aşkarlanıb.

"Bakupost" xəbər verir ki, bu barədə Elnur Hüseynzadə adlı vətəndaş sosial şəbəkədə paylaşım edib.
Belə ki, “Nestle” markasının “Nan” uşaq qidasının üzərində istehsal tarixi 6 fevral 2025-ci il, son istifadə tarixi isə 6 avqust 2026-cı il göstərilib. Qeyd olunan tarixdən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, məhsulun hələ də satışda olduğu məlum olub.
Şikayətçi deyir ki, uşaq qidalarının vaxtı keçmiş vəziyyətdə satışa çıxarılması qəbuledilməzdir.
" Mağazada məhsulların son istifadə tarixlərinə nəzarətin necə aparıldığı ciddi sual doğurur. Məsələnin araşdırılmasını, həmin məhsulun niyə satışda olduğunu izah etməyinizi və məsul şəxslər barəsində tədbir görülməsini tələb edirəm. Uşaq qidasında belə səhlənkarlığa yol verilməsi ciddi məsələdir”, - deyə o bildirib.
Lalə, BakuPost

Mənbə: www.bakupost.az