Pakistanda ata üç yaşlı qızını 60 yaşlı kişi ilə evləndirmək istədi

Pakistanda ata üç yaşlı qızını 60 yaşlı kişi ilə evləndirmək istədi

Pakistanda ata üç yaşlı qızını 60 yaşlı kişiyə satıb.

Bu barədə “GBNews” məlumat yayıb.

Pakistan sakini Əbdül Baqi azyaşlı qızını pul qarşılığında 60 yaşlı kişiyə verdiyinə görə həbs edilib.

Belə ki, Baqi üç yaşlı qızını 60 yaşlı Salah Uddinə satıb. Sövdələşmənin dəyəri 2,5 milyon Pakistan rupisi olub.

Qeyd olunur ki, kişilər yerli bir ənənə olan vəlvar çərçivəsində sövdələşmə bağlayıblar. Bu, bəzi Pakistan qəbilələrində bəyin qadınla evlənmək hüququ üçün onun atasına və ya ailəsinə ödədiyi gəlin puluna verilən addır. Həmçinin, məlum olub ki, Baqinin böyük qızı Uddinin 30 yaşlı oğlu ilə evlidir.


Baqi özü iddia edir ki, Uddin ona ikinci bir vəlvar təşkil etməsi üçün təzyiq göstərib. O, yaşlı kişinin əvvəlcə səkkiz yaşlı bir qızla evlənməkdə israr etdiyini bildirib. Lakin Baqi ona kiçik qızını vermək qərarına gəlib. O, Bəlucistan əyalətində saxlanılıb.

Mənbə: bizim.media