Paytaxtın Nəsimi rayonu ərazisində beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış yeniyetmə xilasedicilərin köməyi ilə xilas edilib.
2008-cü il təvəllüdlü K.Rüstəmovun yaxınları onun yaşadığı mənzilin qapısını dəfələrlə döysələr də, cavab verən olmayıb. Əlacsız qalan yaxınları Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə müraciət etmək məcburiyyətində qalıblar.
Dərhal hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzilə pəncərədən daxil olublar. Xilasedicilər yeniyetməni yatmış vəziyyətdə aşkar ediblər.
Mənbə: qafqazinfo.az