Avtomobil darvazaya çırpıldı - 2 nəfər öldü

Avtomobil darvazaya çırpıldı - 2 nəfər öldü

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Mollaoba kəndində “VAZ-2101” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı hasara və ddəmir darvazaya çırpılıb.

Nəticədə sürücü, 1983-cü il təvəllüdlü Eminağa Həşimov və avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Elvin Həşimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az