Ukrayna Volqoqradı vurdu: Neft emalı və kimya zavodları yanır - VİDEO

Ukrayna Volqoqradı vurdu: Neft emalı və kimya zavodları yanır - VİDEO

Oktyabrın 2-nə keçən gecə Rusiyanın Volqoqrad şəhərində partlayışlar baş verib, neft emalı zavodu və "Kaustik" kimya zavodunun yaxınlığında yanğından müşahidə olunub.

Bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov “Telegram”da məlumat verib.

ASTRA isə bildirir ki, Volqoqrad sakinləri gecə ərzində şəhərin müxtəlif yerlərində dronlar və çoxsaylı partlayışlar barədə məlumat veriblər. Onlar həmçinin hava hücumu siqnalının olmamasından şikayətləniblər.

Şahidlərin videolarını təhlil etdikdən sonra nəşr yanğının parıltısının Volqoqrad Neft Emalı Zavodu və yaxınlıqdakı “Kaustik” zavodu istiqamətində göründüyünü müəyyən edib. Lakin mövcud görüntülər dəqiq nəyin alovlandığını müəyyən etməyi mümkünsüz edir.

“Exilenova+” isə bildirir ki, partlayışlar həm şəhərin özündə, həm də Volqoqrad Neft Emalı Zavodunun sənaye zonası ərazisində uzun müddət davam edib.

Mənbə: publika.az