Naxçıvanda piyadanı maşın vurdu

Naxçıvanda piyadanı maşın vurdu

Naxçıvanda piyadanı avtomobil vurub.

“Qafqazinfo” xəbər verir ki, qəza Naxçıvan şəhərinin Nizami küçəsində baş verib.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Ziya Əmirxanlı

Mənbə: qafqazinfo.az