Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb -

Ötən gündən torpaq sürüşməsi ucbatından yenidən bağlanmış Quba-Xınalıq yolu hələ də açılmayıb.

Güclü sürüşmənin qeydə alındığı 30-cu kilometrlik hissədən həm Quba, həm də əks istiqamətə nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb. Xınalıq daxil olmaqla, 9 kəndin yolu bağlıdır.

Məlumata görə, hazırda ərazinin təmizlənib açılması üçün ağır texnika cəlb olunacaq və hərəkətin bərpa olunması istiqamətində operativ işlərə başlanılacaq.

Hazırda Quba 5 saylı yol istismar idarəsinin əməkdaşları sürüşmə yerindədir və texnikanın əraziyə çatmasını gözləyirlər.



Aytəkin Alxaslı

Mənbə: bizim.media