Gürcüstanda 35 yaşlı azərbaycanlı öldürülüb (FOTO)

Gürcüstanda 35 yaşlı azərbaycanlı öldürülüb (FOTO)

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirilib.

Gürcüstan KİV-nin yazdığına görə, hadisə Qardabani bələdiyyəsinin Nəzərli kəndində baş verib.

35 yaşlı Araz Yusubov kənd sakini Ramin Məmmədov tərəfindən öldürülüb.

İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib. Mübahisənin gərginləşməsindən sonra Məmmədov R. Yusubov Araza bıçaq xəsarətləri yetirib. Yusubov yaralı vəziyyətdə hadisə yerindən uzaqlaşsa da, qanaxmadan dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib. Cinayəti törədən şəxs polisə təslim olmayıb və avtomobilin üzərinə çıxaraq ona yaxınlaşacaqları təqdirdə intihar edəcəyini bildirib. Aparılan danışıqlardan sonra o, saxlanılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: az.trend.az