Mübariz Mənsimova məxsus, Ukraynadan İtaliyaya taxıl aparan Türkiyə bayraqlı “Royal Məmmədov” yük gəmisinin Rumıniya sahillərindən təxminən 20 dəniz mili aralıda PUA hücumuna məruz qalması ilə bağlı yeni detallar məlum olub.
Gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.
Məlumata görə, gəmiyə iki PUA ilə hücum edilib. Dronlardan biri gəminin kapitan körpüsünə – idarəetmə məntəqəsinə, digəri isə mətbəx hissəsinə zərbə endirib.
Hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub.
Kapitanın meyitini gəmidən çıxarmaq mümkün olsa da, Masallı sakini olan aşpazın cəsədini xilas etmək mümkün olmayıb. Onun meyiti zərbə alan və sonradan batan gəmidə qalıb.
Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digərləri ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.
Məlumata görə, “Palmali” Şirkətlər Qrupunun rəhbərliyi hazırda hadisə yerindədir.
Azər
Mənbə: www.bakupost.az