Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO

Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO

20 Yanvar metrosu yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"20 Yanvar" metrostansiyası yaxınlığında ağır yol-nəqliyyat qəzası qeydə alınıb.

Belə ki, "SOCAR"a məxsus yanacaq daşıyan sistern və digər yük avtomobilləri toqquşub, nəticədə nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. Qəza səbəbindən yolda hərəkət intensivliyi pozulub və avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Hadisənin başvermə səbəbləri və xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.

Müvafiq qurumlar tərəfindən araşdırma aparılır.(NOCOMMENT.az)

Mənbə: publika.az