Bakıda avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb.
Hadisə paytaxtın Xəzər rayonu, Qala-Şüvəlan yolunun, Şüvəlan qəsəbəsi ərazisində qeydə alınıb.
Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobusla hərəkətdə olarkən Elçin Qədim oğlu Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində E.Qədimov bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə: oxu.az