Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb   - VİDEO

Bakının Gəncə prospekti 2935A ünvanında yenidən sürüşmə təhlükəsi yaranıb.

Eyni yerdə bir ildə ikinci dəfə sürüşmə olur.

Həmin ünvanda yaşayan sakinlər şikayətlərində deyirlər ki, yaşadıqları binanın qarşısında sürüşmədən sonra təhlükəli vəziyyət hökm sürür.
Onların sözlərinə görə, aidiyyəti qurum bir neçə dəfə əraziyə baxış keçirsə də, sürüşmənin qarşısının alınması üçün nə beton bloklar quraşdırılır, nə də istinad divarı hörülür.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib ki, həmin əraziyə baxış keçirilib və lentlənib:
“Aprelin 11-də intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra ərazidə istinad divarının tikintisinə qərar verilib, bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılaraq istinad divarının tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulub”.
Daha ətraflı Xəzər TV-nin videomaterialında:

Mənbə: www.bakupost.az