Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”a istinadən xəbərinə görə, qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KIA” markalı minik avtomobili motosikletlə toqquşub.

Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib.

Hadisənin təfərrüatı araşdırılır.


Mənbə: qafqazinfo.az