Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO

Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
Bahalı avtomobil bir neçə dəqiqə ərzində alovlanıb.
Xezerxeber.az-a istindən xəbər verilir ki, bununla bağlı görüntülər gecə paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb.
Amerika istehsalı olan "Pikap” tipli avtomobildə qəfildən yanğın olub.
Görüntülər sosial şəbəkələrdə yayldıqdan sonra istifadəçilər riskin qəzadan sonra bərpa olunmuş avtomobillərlə bağlı olduğunu düşünürlər. Sosial şəbəkələrdə hadisənin səbəbi ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, yanğının konkret nədən baş verdiyi hələlik məlum deyil.
Avtomobil ustası Sahil Ağabəyli hesab edir ki, qəzalı vəziyyətdə istənilən ölkədən nəqliyyat vasitəsi idxal edilir. Amma burada sonradan təmir zamanı yol verilən səhvlərə görə bu hadisələr olur. Mütəxəssisin diqqət çəkdiyi əsas məqamlardan biri elektrik sisteminə müdaxilə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasıdır.
Usta deyir ki, qəzadan sonra avtomobil təmir edilərkən naqillərin üzəri və mühərrikdə bəzi detalların üstü yaxşı izoliasiya edilməlidir. Naqillərin kəsiyinə və elektrik yükünə uyğun olmayan birləşmələr, keyfiyyətsiz ehtiyat hissələri, eləcə də qoruyucu sistemlərdəki nasazlıqlar qızmaya və qısaqapanmaya səbəb ola bilər.
Usta məsləhət görür ki, xüsusilə qəza keçirmiş avtomobillər təmir edilərkən elektrik sisteminin hərtərəfli yoxlanılması vacibdir.

Mənbə: azxeber.com