Hörmüz boğazında neft tankeri minasına düşüb.
Bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb.
Gəminin 750 min barrel neft daşıdığı və İranın xəbərdarlığına baxmayaraq, icazə verilməyən marşrutdan keçməyə cəhd etdiyi bildirilib.
Nəticədə, dəniz minası ilə toqquşan tankerdə partlayış və ardınca yanğın baş verib.
Mənbə: qafqazinfo.az