DTX Masazırda avtomobilləri yandıranları saxladı

DTX Masazırda avtomobilləri yandıranları saxladı

Dünən Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb.

Özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar.

Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutlar toplanır.

Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, həmçinin “Renault” markalı minik avtomobili qismən yanıb.

Yüksək temperaturun təsirindən “Baic” markalı minik avtomobilinin arxa işığı qismən əriyib.

Sail Ağasəlim

Mənbə: qafqazinfo.az