Azərbaycan əsilli tanınmış reper “Navai” (Nəvai Bəkirov) Qazaxıstana daxil olarkən saxlanılıb.
Bu barədə “Baza” xəbər portalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, sənətçi “Korday” sərhəd-keçid məntəqəsindən keçərkən sərhədçilər onun avtomobilini saxlayıblar. Xidməti it vasitəsilə avtomobildə 2,5 qram marixuana aşkar edilib.
Hazırda reperə qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığı ilə bağlı iş açılıb. Bəkirovla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb. Hüquq-mühafizə orqanları narkotiklərin kimə məxsus olduğunu müəyyənləşdirir.
Mənbə: qafqazinfo.az