Litva hakimiyyəti ölkənin mərkəzi və şimal bölgələrinin sakinlərinə çağırış edib.
"Reuters"ə istinadən xəbər verilir ki, səlahiyyətlilər insanları naməlum uçan obyekt səbəbindən sığınacaqlarda gizlənməyə çağırıb.
"Qırmızı" dərəcəli həyəcan siqnalı zamanı bölgəyə NATO hava polisinin qırıcı təyyarələri cəlb edilib və Kaunas hava limanı bağlanıb.
Litvadakı bu müəmmalı insidentlə eyni vaxtda Latviya ordusu da hərəkətə keçib. Latviya ordusunun məlumatına görə, mümkün təhlükə səbəbi ilə əvvəlcə Litva ilə həmsərhəd olan bəzi bölgələr üçün "sarı" hava xəbərdarlığı elan edib. Daha sonra isə bu hava xəbərdarlığı ləğv edib.
Mənbə: publika.az