Bakı-Sumqayıt yolunda təhlükəli manevrlər etdi - Həbs olundu

Bakı-Sumqayıt yolunda təhlükəli manevrlər etdi -

Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin (YPX) bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Paytaxt sakini Bəxtiyar Ağayev “Lada” markalı avtomobillə təhlükəli manevrlər edərək kobud qayda pozuntularına yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

Sənədləri təqdim etməkdən imtina edən sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı B.Ağayevin narkotik vasitənin təsiri altında olması müəyyənləşib.

Məhkəmənin qərarı ilə B.Ağayev 20 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edib və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirib.

Mənbə: qafqazinfo.az