Goranboyda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, qadının həyat yoldaşı evin həyətində ağacı kəsən zaman ağac işıq dirəyinin üstünə aşıb. Bu zaman işıq dirəyi 37 yaşlının qadının üstünə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az