İrəvanda qohumlar arasında kütləvi dava baş verib. İştirakçılardan biri xəstəxanada ölüb.
Publika.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə dünən gecə Şirak küçəsində baş verib.
Bir kişi çoxsaylı xəsarətlərlə xəstəxanaya aparılıb və bir neçə saat sonra ölüb.
Polis dörd nəfəri saxlayıb, cinayət işi açılıb və "qarşıdurmanın" səbəbləri araşdırılır.
Müəllif: Tural
Mənbə: publika.az