Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb.
Publika.az xəbər verir ki, Qədimqala kənd sakini, 1961-ci il təvəllüdlü Rasət Vaqif oğlu Quliyev həmkəndlisi 1967-ci il təvəllüdlü Nazim Əli oğlu Hüseynovun yaşadığı evdə təmir işləri görərkən pilləkəndən yıxalaraq baş nahiyəsindən xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş R.Quliyev orada ölüb.
Mənbə: publika.az