Rusiya ordusu Ukraynanın Dnepr şəhərində dəmir yolu vağzalının platformasına zərbə endirib.
“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, zərbə nəticəsində 13 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.
Platformaya zərbə reaktiv pilotsuz uçuş aparatı ilə endirilib.
Mənbə: qafqazinfo.az