İspaniyada sursat zavodunda güclü partlayış baş verib

İspaniyada sursat zavodunda güclü partlayış baş verib
İspaniyanın Əndəlüs muxtar icmasının Qranada şəhərində yerləşən sursat zavodunda güclü partlayış baş verib.

Bu barədə “20minutos” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə yerinə Milli Polis, Mülki Qvardiya, yerli polis, yanğınsöndürənlər və tibb personalı cəlb olunub. Əraziyə iki mobil intensiv terapiya briqadası da göndərilib.

Bir neçə yaşayış məntəqəsində hiss olunan partlayış nəticəsində üç işçi eşitmə problemləri səbəbindən tibbi yardıma ehtiyac duyub.

İlkin məlumatlara görə, partlayış zavodun yandırma sahəsində baş verib. Bildirilir ki, hadisə müəssisədə keçirilən növbəti sınaqlardan biri zamanı avadanlıqda nasazlıq yaranması nəticəsində baş vermiş ola bilər.

Mövsüm

Mənbə: www.aznews.az