Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edildi

Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edildi

Bu gün saat 19:00 radələrində Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün iki qatarın hərəkətində gecikmə qeydə alınıb.

Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə dərhal operativ tədbirlər görülüb.

Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib.

Mənbə: publika.az