Oman körfəzi sahillərində yanacaq daşıyan gəmi yandı

Oman körfəzi sahillərində yanacaq daşıyan gəmi yandı

Hörmüz boğazının yaxınlığında - Oman körfəzi sahillərində yanacaq daşıyan taxta gəmi (lənc) yanıb, bir nəfər xəsarət alıb.

Bu barədə Hörmüzqan vilayətinin Sirik Liman İdarəsi məlumat yayıb.

"Bu gün səhər Sirikin Ziyarət kəndi sahilindən 2 mil (3.22 km) məsafədə bir ləncdə yanğın baş verib", - məlumatda bildirilib.

İlkin məlumatlara görə, gəmi yanacaq daşıyırdı: "Üzən vasitə tərəfindən heç bir xilasetmə yardımı müraciəti barədə məlumat verilməyib. Bu hadisə nəticəsində bir nəfər xəsarət alıb".

Mənbə: publika.az